ONLİNE

mod_vvisit_counterBu gün68
mod_vvisit_counterDünən110
mod_vvisit_counterHəftə591
mod_vvisit_counterAy368
mod_vvisit_counterBütün3141
ZAVOD OD TUTDU PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

NEFT EMALI ZAVODUNDA YANĞIN BAŞ VERİB.

 

 


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Hadisə bu gün saat 11.30 radələrində zavodun ərazisində yerləşən yanacaqla dolu çənlərin birində baş verib. Baş vermiş yanğınla əlaqədar 4 nömrəli çağırış elan edilib və əraziyə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.
ARDNŞ-dən bildirilib ki, iyulun 26-da saat 11:05 radələrində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun çənlər parkındakı 140 saylı çəndə yanğın baş verib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri təcili olaraq hadisə yerinə cəlb edilib: «Dərhal qərargah yaradılıb və yanğının söndürülməsinə başlanılıb. Yanğınsöndürənlərin həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində saat 12:50 radələrində yanğın söndürülüb və heç bir tələfat qeydə alınmayıb».
ARDNŞ-in məlumatında o da bildirilir ki, FHN-in qüvvələri ətrafdakı çənlərin soyudulması prosesini və yanğından təhlükəsizlik tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, hadisə bu gün saat 11.30 radələrində zavodun ərazisində yerləşən yanacaqla dolu çənlərin birində baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, baş vermiş yanğınla əlaqədar 4 nömrəli çağırış elan edilib və əraziyə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Çənin partlama ehtimalını nəzərə alan yanğınsöndürənlər əraziyə heç kimi buraxmır və yaxınlıqla olan şəxslər evakuasiya olunub