| MƏSCİDDƏ ŞEYTAN İZİ |
|
|
|
| Written by |
| DATE_FORMAT_LC2 |
|
HaqqYolu/YeniŞərq - Sovet imperiyası vaxtında belə fəaliyyət göstərən bir neçə məsciddən biri də Göy Məsciddir. Mən bu məscidin nə fəaliyyətindən, nə də dində oynadığı roldan söhbət açmaq istəmirəm. Söhbət açmaq istədiyim məsələ müsəlmanların ciddi qəfləti, safadsızlığı və hər şeyə olan biganəliyindən söhbət gedir. Bəlkə də indiyə qədər burada ibadət edən insanların sayı milyonlara bərabərdir. Amma əfsuslar olsun ki, milyonlarla müsəlmanın ibadət etdiyi bu məbəd satanimzmin simvolları ilə bəzədilmişdir. Belə olan halda nə buna təəccüb edən var, nə də əleyhinə bir tədbir görən. Sözügedən şeytanpərəstlik əlamətləri məscidin ibadət zalının pəncərələrində və məscidin həyətində sütunların üzərində yer almış arkalarda yerləşdirilib. Elə Səməd Vurğun küçəsindən baxdıqda məscidin pəncərəsi aydın görünür və həmin simvolları görməmək ya savadsızlıqdan, ya da laqeydlikdən xəbər verir. Belə olan halda ikinci sual meydan çıxır və məni bir müsəlman kimi narahat edir: Bu simvolları məscidin pəncərəsinə kim yerləşdirib? Bu sualın mənimlə bərabər bütün müsəlman elm və mənəviyyat adamlarını narahat etməsini istəyirəm. Ona görə də sıravi bir müsəlman kimi Azərbaycanda islam sferasında özünə yer almış bütün QHT və ziyalıların bu məsələyə münasibətini bildirməsini və bu simvolikanın tarixini araşdırmasını rica edirəm.
|









GÖY MƏSCİDDƏ İLLƏRDƏN QALAN SATANİSTLƏRƏ MƏXSUS ƏLAMƏT MÜŞAHİDƏ OLUNUB.