ONLİNE

mod_vvisit_counterBu gün87
mod_vvisit_counterDünən110
mod_vvisit_counterHəftə610
mod_vvisit_counterAy387
mod_vvisit_counterBütün3160
ANA SƏHİFƏ ÖLKƏDAXİLİ XƏBƏR NARDANLILAR ETİRAZ ETDİLƏR
NARDANLILAR ETİRAZ ETDİLƏR PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

BU DƏFƏ QƏSƏBƏ ƏHALİSİ KOMPENSASİYALARINI TƏLƏB EDİBLƏR.

 

 

Bilgəh-Sumqayıt yolunun çəkilişi ilə bağlı əraziləri yol altına düşən bir qrup Nardaran qəsəbə sakini dünən növbəti dəfə aksiya keçirib. Uzunluğu 39 km olan bu yolun çəkilişinə 2010-cu ilin yanvarından başlanılıb. Bu yol Abşeron kəndlərini bir-biri ilə, eləcə də Sumqayıtla birləşdirən qısa yoldur. Bundan əlavə, bu yol paytaxt yollarındakı tıxacları aradan qaldırmaq üçün vasitədir. Bu barədə “Turan” məlumat yayıb.
Aksiyanın təşkilatçısı “Azərbaycan İnsan Haqları və Azadlqılarını Müdafiə” İctimai Birliyinin sədri Rasim Əlizadə tədbirin keçirilməsinə səbəb kimi ərazilərin müəyyən qisminin yol çəkilişinə sərf olunmasına baxmayaraq, kompensasiyaların hələ də ödənilməməsini göstərib. Kompensasiya ödənilməməsi əleyhinə etiraz aksiyası keçirmək praktikası yeni deyil. Qəsəbədə 60 evə məxsus sahə yol çəkilişi ilə bağlı itkiyə məruz qalıb, bununla əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətində komissiya yaradılıb, amma nəticə yoxdur. Sakinlər kompensasiyaların verilməməs ilə bağlı şikayətlərini dəfələrlə Nəqliyyat Nazirliyinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, yol tikintisini həyata keçirən şirkətin rəhbərliyinə çatdırsalar da müsbət nəticə olmayb. Yol tikintisi ilə bağlı ərazi itkilərinə məruz qalan sakinlərə kompensasiya ödənilməsi ilə bağlı dövlət başçısı özü çıxış edib.
“Bu, sayca 4-cü və ya 5-ci aksiyadır. Bu dəfə qəti tələb edirik, ya kompensasiyaları versinlər, ya da gəlib texnikalarını da yığışdırıb aparsınlar. Belə yol çəkilişi nəyə lazımdır?” - deyə Rasim Əlizadə etirazını bildirib.
Dünənki aksiyada daha maraqlı bir məsələ aşkar edilib. Məlum olub ki, kompensasiya tələb edən adamların adları tikintini aparan “Az.virt” şirkətinin kompensasiya ödəniləcək siyahısına daxil edilməyib.
“Əvəzində isə qəsəbə icra nümayəndəsinin, qəsəbə bələdiyyəsinin qohum-əqrəbalarının adları bu siyahıya salınıb. Şirkət rəhbərliyinə deyəndə ki, bu siyahı niyə belə tərtib edilib, bizə ”bizlik deyil"  cavabını verirlər" -  deyə R.Əlizadə qeyd edib. Onun sözlərinə görə, vətəndaşlara kompensasiya verilməyəcəkdisə, o zaman rəsmi qurumlar sakinlərə bu ərazilərin onlara məxsus olmaması barədə yazılı izahat verməli idi. R.Əlizadə bu məsələyə görə şirkət rəhbərliyinin, nəqliyyat naziri Ziya Məmmədovun birbaşa məsuliyyət daşıdıqlarını nəzərə çatdırıb.
Aksiya ilə bağlı son duruma toxunan R.Əlizadə deyib ki, şirkət rəhbərliyi 20-yə yaxın vətəndaşın kompensasiya tələb etməsinə cavab olaraq aksiya iştirakçılarının üzərinə polis qüvvələri yeritmək istəyib.
musavat/MƏHƏBBƏT