ONLİNE

mod_vvisit_counterBu gün30
mod_vvisit_counterDünən39
mod_vvisit_counterHəftə69
mod_vvisit_counterAy532
mod_vvisit_counterBütün3305
ANA SƏHİFƏ SİYASƏT PUTİN XƏFİYYƏLƏRLƏ GÖRÜŞÜB
PUTİN XƏFİYYƏLƏRLƏ GÖRÜŞÜB PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

PUTİN ONUN YOLUNU DAVAM ETDİRƏNLƏRƏ YAĞLI POSTLAR VERƏCƏK.

 

 

Rusiyanın baş naziri Vladimir Putin təsdiq edib ki, bir neçə həftə əvvəl ABŞ xüsusi xidmət orqanları tərəfindən tutulan, lakin sonradan amerikalı agentlərlə dəyişdirilən rusiyalı casuslarla görüşüb. Baş nazir jurnalistlərin suallarına cavab olaraq bildirib ki, casuslarla görüşdə “Vətən haradan başlayır” mahnısını da oxuyublar. O, söhbətin vətənpərvərlik haqda getdiyini deyib. Putin təsdiq edib ki, həbs olunduqdan sonra Qərb mətbuatının ulduzuna çevrilən Anna Çapman da bu görüşdə iştirak edib.
Xatırladaq ki, ABŞ Federal Təhlükəsizlik Xidməti Rusiyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan 12 nəfəri yaxalayıb. İki ölkə arasında “soyuq müharibə”nin başa çatmasından sonra ən iri casus qalmaqalı yaranıb, lakin tərəflər qalmaqalın böyüməsinə imkan vermədən öz aralarında casus mübadiləsi həyata keçiriblər. ABŞ-da həbs edilən rusiyalı casuslar Moskvaya gətirilib və Xarici Kəşfiyyat Xidmətinin qərargahında bir müddət saxlanılıblar.
Rusiya mətbuatı yazır ki, Putin həmin casuslara yaxşı vəzifələr verməyə hazırlaşır. Gözlənilir ki, onlar iri investisiya, tikinti və sığorta şirkətlərində icraçı direktor postlarını tutacaqlar. Məlumatlara görə, ifşa edilən agentlərə yeni adlar və pasportlar veriləcək. Bildirilir ki, özəl sektora aid şirkətlər keçmiş kəşfiyyatçılarla işləməkdə maraqlıdır. Çünki onların vasitəsilə hakimiyyət orqanları ilə əlaqələr yarada bilirlər.
MUSAVAT