| DÜNYA İSLAMA DOĞRU |
|
|
|
| Written by |
| DATE_FORMAT_LC2 |
|
HaqqYolu - Türkiyədə islam dinini qəbul edən rus qadınların sayı artır. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Dini İşlər Dərnəyinin rəsmi statistikasına görə, keçən il Türkiyədə 479 nəfər əcnəbi dinini dəyişdirərək müsəlmanlığı qəbul edib və onların arasında ruslar üstünlük təşkil edir. 54 rus islam dinini qəbul edib ki, onların da 51-i qadındır. Bu mənzərənin ortaya çıxmasının səbəbi rus qadınların pul qazanmaq məqsədi ilə Türkiyədə qala bilmək üçün evlənmələridir. Ruslar ötən il də müsəlmanlığı qəbul edən əcnəbilər sırasında ilk yerdə olublar. Növbəti sırada almanlar və ingilislər gəlir. Keçən il 46 alman Türkiyəyə gələrək müsəlman olublar. Onların da 33-ü qadındır. Üçüncü sırada yer alan ingilislərə gəlincə, 30 ingilis dinini dəyişib. Amerikalılar, belçikalılar və fransızlar da müsəlman dinini qəbul etmək baxımından aktivdirlər. İslam dinini qəbul edənlərin yaşı əsasən 21-30 arasında dəyişir. Bu yaş qrupunda 209 nəfər müsəlman olub. Müsəlmanlığı qəbul edən 135 nəfər 31-40 yaş qrupuna daxildir. 62-dən çox yaşı olan və müsəlmanlığı qəbul edənlərin sayı 18 olub.
|









XRİSTİAN QADINLARI İSLAM DİNİNİ QƏBUL EDİRLƏR.