ONLİNE

mod_vvisit_counterBu gün38
mod_vvisit_counterDünən39
mod_vvisit_counterHəftə77
mod_vvisit_counterAy540
mod_vvisit_counterBütün3313
ANA SƏHİFƏ ÖLKƏDAXİLİ XƏBƏR ERMƏNİ İLƏ YAŞAYAN NAZİR QIZI
ERMƏNİ İLƏ YAŞAYAN NAZİR QIZI PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

NAZİR QIZI AZƏRBAYCANA UTANC GƏTİRDİ

 

 

Londonda bütün Azərbaycanın adına utanc gətirən hadisə baş verib. Bu olay və onun təfərrüatları barədə redaksiyamıza məlumat verən məlumatlı mənbənin bildirdiyinə görə, hadisə hakimiyyətin hətta ən üst qatında şok effekti yaradıb. Söhbət ondan gedir ki, Londonda təhsil alan Azərbaycanda nazir statusunda olan bir komitə sədrinin qızı ilə orada bir oğlan arasında sevgi macərası başlayıb. Sonradan isə Londonda təhsil alan və yaşayan soydaşlarımız həmin oğlanın erməni olduğunu biliblər və bu münasibətə çox sərt təpki göstəriblər. Ancaq nazir qızı bütün bunlara əhəmiyyət verməyərək erməni ilə münasibətlərini davam etdirib. Bundan sonra söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda təhsil alan, Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərova çatıb.
“Fövqəlnazir”in oğlu məsələyə çox ciddi şəkildə müdaxilə edib, həmin qızla danışıb onun bu əməlinin bütövlükdə Azərbaycanın adına ləkə olduğunu və bu münasibətə qəti şəkildə son qoymağı tələb edib. Ancaq nazir qızı onun dediklərinə əhəmiyyət verməyib. Bundan sonra T.Heydərov həmin qıza baş verənlər barədə Bakıya xəbər verəcəyini deyib. Ancaq onun bu xəbərdarlığı da nazir qızını fikrindən daşındırmayıb. Mənbənin iddiasına görə, T.Heydərov hətta bu biabırçı münasibətə son qoyulması üçün nazir qızının sevgilisi olan erməniyə də təzyiq edib. Amma bütün bunlar heç bir fayda vermədiyindən məsələ barədə atasına məlumat verib və xahiş edib ki, nə yolla olursa-olsun, Bakıdan  təzyiq vasitəsilə həmin nazir qızının Britaniyadan çıxarılmasına nail olsun.  K.Heydərov isə dərhal bu biabırçılıqla bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırıb və hadisə ən üst qatda müzakirə olunub. Həmin vaxt K.Heydərovla başqa bir güc naziri çox sərt şəkildə bildiriblər ki, bu hadisə bütünlükdə Azərbaycanın adına ləkə və biabırçılıqdır. Ölkə rəhbərliyi də daxil olmaqla, həmin nazirdən dərhal bu ləkənin təmizlənməsi tələb olunub. Bundan sonra hövlnak hərəkətə keçən nazir qızını Londondan Bakıya gətirməyə çalışsa da, buna nail ola bilməyib. Nazir qızı atasına qəti şəkildə bildirib ki, o azad bir ölkədə yaşayır və istədiyini edə bilər, heç kim onun bu münasibətinə əngəl törədə bilməz.
Mənbə bildirib ki, hazırda həmin nazirin vəziyyəti çox ağırdır və ölkə rəhbərliyi tərəfindən onun qarşısında yalnız belə tələb qoyulub ki, nə edirsən et, bu ləkəni təmizlə.
Qızı Londondan Bakıya qaytarmasından sonra həmin nazirin istefaya göndərilməsi nəzərdə tutulur və hakimiyyətin bir çox nüfuzlu şəxsləri birmənalı şəkildə bildiriblər ki, belə bir rəzalətdən sonra həmin şəxs mühüm dövlət postu tuta bilməz.
Onu da qeyd edək ki, mənbəmiz bizə konkret adlar desə də, hələlik biz onları açıqlamırıq. Amma ola bilsin ki, ən qısa zamanda həmin nazir qızını Londondan çıxarmasa, bu adlar Britaniya paytaxtında yaşayan soydaşlarımız tərəfindən açıqlanacaq.
Həmin nazir qızının bu biabırçı əməlinə orada yaşayan soydaşlarımızın qəzəbi o həddədir ki, atasının tədbir görməyəcəyi təqdirdə hətta onlar özləri ən sərt formada bu ləkəni təmizləyə bilərlər.
Qeyd edək ki, bir neçə il öncə də Londonda bundan daha biabırçı hadisə baş vermişdi. Sabiq nazirlərdən birinin oğlu başqa bir xarici vətəndaşa ...ərə getmişdi. Lakin atası olaydan tez xəbər tutaraq, onu Londondan zor gücünə geri gətirdə bilmişdi...
musavat/ Teymur HƏSƏNLİ