|
ÖLKƏDƏ İŞSİZLİK PROBLEMİ DURMADAN ARTIR |
|
|
|
|
Written by
|
|
DATE_FORMAT_LC2 |
|
  Beynəlxalq Əmək Təşkilatının (BƏT) MDB və Cənub-Şərqi Avropa ölkələrində işsizlik səviyyəsinin 2009-cu ildə 35% artacağı barədə bu günlərdə yaydığı bəyanatda deyilənlər Azərbaycanda da reallaşmaqdadır. Tikinti sektorunun və bir sıra iri müəssisələrin qlobal maliyyə böhranı ilə əlaqədar fəaliyyətini dayandırması on minlərlə vətəndaşın işsiz qalmasına səbəb olub.
Dünən əldə etdiyimiz xəbər isə təhlükəli prosesin davam etdiyini deməyə əsas verir. Xəbərdə deyilir ki, “Azərinşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin layihələrini həyata keçirən 300 nəfər işçi bir həftə əvvəl işdən çıxarılıb. Bu barədə sözügedən MMC-dən və işdən çıxarılan fəhlələrdən məlumat almışıq. Məlumatda deyilir ki, əksəriyyəti fəhlə və ustalardan ibarət işçiləri öz hesabına müddətsiz məzuniyyət adı ilə işdən azad ediblər. 300 nəfərin 150-si Bakı dairəvi yolu layihəsinin icrasında, 150-si isə Ələt-Astara magistral yolunun inşasında çalışırmış. |