ONLİNE

mod_vvisit_counterBu gün37
mod_vvisit_counterDünən39
mod_vvisit_counterHəftə76
mod_vvisit_counterAy539
mod_vvisit_counterBütün3312
ANA SƏHİFƏ ÖLKƏDAXİLİ XƏBƏR BAKI MERİNİN İNTİHAR CƏHDİ
BAKI MERİNİN İNTİHAR CƏHDİ PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

BU DƏFƏ ABUTALIBOVU BU İŞƏ VADAR EDƏN ONA İŞDƏN ÇIXARILACAQSAN XƏBƏRİ OLUB.

 

Hakimiyyət düşərgəsinə yaxın olan mənbələrimizdən biri redaksiyamıza şok məlumat verib. Həmin məlumatda iddia olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir neçə gün öncə özünə qəsd aksiyasına əl atıb: “O, iş otağında ayağının altına kətil qoyaraq intihara cəhd edib. Köməkçi duyuq düşərək hay-küy salıb və meri sözün həqiqi mənasında ipdən alıblar”.
Xəbəri ənənəvi olaraq yazılı surətdə göndərən mənbəmiz intihar qalxımına keçmənin səbəblərini izah etməzdən əvvəl bunları yazır: “Bu, onun eyni məkanda (iş otağında) eyni üsulla intihara ikinci cəhdidir. İlk belə cəhd 2003-cü ildə, mərhum prezident Heydər Əliyevin ölüm xəbərini eşidəndə olmuşdu. ”Mən ondan sonra yaşamaq istəmirəm" - deyən Bakının icra başçısı o zaman canına qıyacağını hər kəsə deyirmiş. Onda da köməkçilərdən kimsə duyuq düşmüş və meri demək olar ki, eyni ssenari ilə xilas etmişdilər".
Bizə görə mötəbər olan qaynağımız iddia edir ki, hörmətli Hacıbala müəllimin canına qəsd etmək təşəbbüsünə səbəb bu dəfə bir başqadır: “Ona xəbərdarlıq olunub ki, seçkilərdən sonra təqaüdə yollanacaq. Bu hadisə onun bütün dəngəsini pozub və bu səbəbdən də intihara əl atıb. Onun canını qurtarıblar. Lakin Hacıbala müəllim bu hərəkəti ilə vəzifəsini qurtara bilibmi - bu sual hələ də cavabsızdır”...
MUSAVAT.COM