|
TÜRKİYƏNİN AMERİKAYA MESAJI |
|
|
|
|
Written by
|
|
DATE_FORMAT_LC2 |
|
TÜRKİYƏ İRANLA BAĞLI AMERİKAYA MESAJ GÖNDƏRDİ.
HaqqYolu – Türkiyə Xarici işlər Naziri Əhməd Davudoğlu, Türkiyə ilə ABŞ arasında keçmişdə və indi ciddi bir böhran olmadığını söylədi. Terrorla mübarizənin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını ifadə edən Davudoğlu, Tehran razılaşmasının etibarlılığını qoruduğunu, İran müzakirələrində tərəflərin Türkiyənin daxil edilməsini istədiyini söylədi. Davudoğlu, CNN Türk Televiziyasında qatıldığı proqramda, iki ölkənin strateji prioritetləri və prinsiplərinin üst-üstə düşdüyünü ifadə edərək, ABŞ prezidenti Barak Obama rəhbərliyinin prioritetlərin, Türkiyənin yanaşması ilə üst-üstə düşdüyünü qeyd etdi. İran mövzusuna Türkiyənin yanaşması və BMT Təhlükəsizlik Şurasında sanksiyalara ''xeyr'' deməsi ardından Türkiyənin ABŞ ilə əlaqələrində hər hansı bir problem yaşanmadığını vurğulayan Davudoğlu, ''İran mövzusunda Obamanın verdiyi mesajların prinsipcə Türkiyənin də mesajları olduğunu'' söylədi. İran ilə Tehran Razılaşmasının mənasını itirmədiyini, etibarlı olduğunu ifadə edən Davudoğlu, müddətin başladığını və bu anda texniki müzakirələrin icra edildiyini bildirdi. |