ONLİNE

mod_vvisit_counterBu gün75
mod_vvisit_counterDünən110
mod_vvisit_counterHəftə598
mod_vvisit_counterAy375
mod_vvisit_counterBütün3148
ANA SƏHİFƏ İSLAM DÜNYASI MİLLİ QƏHRAMAN YAD EDİLDİ
MİLLİ QƏHRAMAN YAD EDİLDİ PDF Print Email
Written by   
DATE_FORMAT_LC2


CƏNUB DİNDARLARI MİLLİ QƏHRAMANIN DOĞULDUĞU YURDDA OLDULAR.

 


Azərbaycanın qəhrəman övladı, Milli Qəhrəman, seyyid Mübariz İbrahimovun qırx məclisi münasibətilə ölkənin cənub bölgəsininin inanclıları onun doğma, Biləsuvar rayonunun Əliabad kəndinə yollanıblar.

İslam-Azeri.az internet qəzetinə verilən məlumata görə Masallı və Lənkəran dindarları çox sayda avtomobil karvanı ilə bayraqlarla kəndə gəliblər.

Seyyid Mübariz İbrahimova həsr olunmuş guşədə qoyulmuş xatirə kitabına çox sayda insan ürək sözlərini yazıb.

Tədbir iştirakçısı Ruslan Baxışov şəhidlərin ölmədiyini önə çəkərək bütün gənclərin şəhid Mübarizdən örnək götürməsinin zəruriliyindən danışıb.

İlahiyyatçı alim, Hacı Zülfüqar Mikayılzadə də Qurani Kərimdən ayələr oxuyub və şərh edib.
Sözlərinin davamında o deyib ki, Azərbaycan xalqına, onun müstəqilliyinə göz dikən erməni düşmənlər bilməlidir ki, Mübariz kimi cavanlar olub və olacaq.

 

LAST_UPDATED2