ONLİNE

mod_vvisit_counterBu gün35
mod_vvisit_counterDünən39
mod_vvisit_counterHəftə74
mod_vvisit_counterAy537
mod_vvisit_counterBütün3310
ANA SƏHİFƏ ÖLKƏDAXİLİ XƏBƏR PAYTAXTDA BOMBA HƏYACANI
PAYTAXTDA BOMBA HƏYACANI PDF Print Email
Written by   
DATE_FORMAT_LC2

METRODA PARTLAYICI OLDUĞU BARƏDƏ MƏLUMAT VERİLİB.

 

 


“Sahil” metrostansiyasına partlayıcı qoyulması barədə polisə məlumat verilib.

Bakı Metropoliteninin “Sahil” stansiyasına partlayıcı maddə qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs bu gün saat 12.45-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək “Sahil” metrostansiyasına bomba qoyulduğu haqda məlumat verib.

Hadisə yerinə cəlb olunan mühəndis istehkam bölməsinin minaaxtaranları, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları metrostansiyaya baxış keçiriblər.

Axtarış tədbirləri nəticəsində metrostansiyaya bomba qoyulması haqda verilən xəbərin yanlış olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA