ONLİNE

mod_vvisit_counterBu gün69
mod_vvisit_counterDünən110
mod_vvisit_counterHəftə592
mod_vvisit_counterAy369
mod_vvisit_counterBütün3142
ANA SƏHİFƏ SİYASƏT Mahmud Əhmədinejadı ilk təbrik edən Huqo Çaves oldu
Mahmud Əhmədinejadı ilk təbrik edən Huqo Çaves oldu PDF Print Email
Written by   
DATE_FORMAT_LC2


Venesuella prezidenti Huqo Çaves İranda keçirilən prezident seçkilərinin qalibi Mahmud Əhmədinejadı təbrik etdi. SİA xəbər verir ki, Mahmud Əhmədinejada Huqo Çaves telefon açaraq yenidən İran prezidenti seçilməsi münasibətilə öz adından və Venesulla xalqı adından təbrik edib.

 
''Sizin seçki müvəffəqiyyətiniz, qlobal güclərə qarşı azad xalqların zəfəridir'' –deyə qeyd edən Venesuella lideri, İranın yeni prezidentin ünvanına xoş sözlər səsləndirib. Mahmud Əhmədinejad Venesuella prezidenti Huqo Çavesə və Venesuella xalqına təşəkkür etməklə yanaşı, İran seçkilərin əsl qalibinin xalq olduğunu vurğulayıb.
Qeyd edək ki,seçkilərdən əvvəl də Əhmədinejada müvəffəqiyyətlər diləyən Çaves, Əhmədinejad haqqında ''İslam inqilabının qəhrəmanı, üçüncü dünya ölkələrinin müdafiəçisi və imperializmə qarşı mübarizə aparan cəsur döyüşçü'' ifadələrini səsləndirmişdi.